Rusiya Avropa İttifaqı Şurasının iclasında Rusiya əleyhinə sanksiyaların 19-cu paketinin təsdiqlənməsinə cavab olaraq Avropa qurumlarının və Avropa dövlətlərinin bəzi nümayəndələrinə girişə qadağa qoyur.
Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda deyilir.
Bildirilir ki, qadağaya hüquq-mühafizə orqanlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşları, eləcə də Kiyevə hərbi yardım göstərməkdən, Ukraynaya ikili istifadəli malların tədarükünün təşkili, Rusiyanın ərazi bütövlüyünə xələl gətirmək və ya Rusiya gəmilərinin və yüklərinin blokadasından məsul olan Avropa İttifaqı və bəzi digər Qərb dövlətlərinin vətəndaşları daxildir.