Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kanada AN-124-ü Ukraynaya göndərəcək
dünya

Kanada AN-124-ü Ukraynaya göndərəcək

31-10-2025 22:00 22 Views
IMG
Kanada Toronto hava limanında saxlanılan Rusiyanın An-124 təyyarəsini Ukraynaya göndərəcək.
Tvit.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib.

"Kanada təyyarəni ələ keçirmək və Ukraynaya təhvil vermək üçün hüquqi tədbirlər görür," - deyə qeyd edilib.

Anandın sözlərinə görə, Ottava An-124 təyyarələrinin müsadirə edilməsi işində qalib gələrsə, ölkə təyyarəni Kiyevə təhvil verəcək.

Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov deyib ki, "Volga-Dnepr Airlines" aviaşirkətinin An-124-100 təyyarəsinin Kanadada həbsi piratçılıq və oğurluqdur.

Aysel Şirinova