Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mərdəkan qalası təmir olunacaq
sosial

Mərdəkan qalası təmir olunacaq

31-10-2025 21:00 26 Views
IMG

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək.

 

Tvit.az xəbər verir ki, bunu Report-a müsahibəsində TİKA-nın sədri Abdullah Ərən deyib.

 

O bildirib ki, oktyabrın 29-u Mərdəkan qəsəbəsini ziyarət ediblər:

 

"Orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub".