Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial DTX-nın saxladığı başçının köməkçisi danışdı
sosial

DTX-nın saxladığı başçının köməkçisi danışdı

31-10-2025 16:00 22 Views
IMG

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

Tvit..az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov "Yeni Sabah"a açıqlamasında icra başçısının müavininin, köməkçilərinin və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.

Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.