Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Monteneqroda sərbəst buraxılan həmyerlimiz belə qarşılandı - Video
sosial

Monteneqroda sərbəst buraxılan həmyerlimiz belə qarşılandı - Video

31-10-2025 14:00 20 Views
IMG

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.

Tvit.az xəbər verir ki, İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın videosunu yayımlayıb.

Videoda həmyerlilərimizin sevinc görüntüləri yer alıb.

Qeyd edək ki, polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, oktyabrın 25-i Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var idi.