Böyük Britaniyada ölkənin şimalındakı Doncaster şəhəri yaxınlığında helikopter qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəza zamanı 70 yaşlı bir kişi ağır yaralanıb və tibb işçilərinin bütün səylərinə baxmayaraq hadisə yerində ölüb. Pilot, 41 yaşlı kişi, eləcə də digər iki sərnişin - 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarətlər alıb," - bəyanatda bildirilib.
Aysel Şirinova