Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ramiz Mehdiyevlə birgə onlar da prokurorluqda dindirilib
sosial

Ramiz Mehdiyevlə birgə onlar da prokurorluqda dindirilib

30-10-2025 11:00 33 Views
IMG

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub.

"Tvit.az" Lent.az-a istinadən xəbər verir ki, AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib.

Xatırladaq ki, həmin cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılır. 

Qeyd edək ki, ötən gün Baş Prokurorluq da AMEA-da baş verən qanunsuzluqlar barədə açıqlama yaymışdı.