Bakının Nizami rayonunda istismar müddətini tamamlamış bir neçə 5 mərtəbəli yaşayış binası plana daxil edilib.
Tvit.az xəbər verir ki,“Kursus Nizami” MTK tərəfindən həyata keçirilən layihə çərçivəsində həmin binaların sökülməsi və yerində 16 mərtəbəli yeni yaşayış komplekslərinin inşası nəzərdə tutulur. Sakinlərlə artıq müqavilələr bağlanıb. Müqavilə şərtlərinə əsasən, bir qrup şəxsə kompensasiya ödəniləcək, digərləri isə yeni tikilidən mənzillərlə təmin olunacaqlar. Layihə yerli əhali tərəfindən müsbət qarşılanır.
Qeyd edək ki, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da köhnə binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.