Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Maliyyə Nazirliyi dövlət zəmanətli borcun məbləğini açıqladı
sosial

Maliyyə Nazirliyi dövlət zəmanətli borcun məbləğini açıqladı

29-10-2025 18:00 24 Views
IMG

2025-ci il 1 oktyabr tarixinə Azərbaycanın dövlət zəmanətli borc portfeli 10 milyard 686.5 milyon manat təşkil edib ki, bu da ölkə ÜDM-in 8.2 faizinə bərabərdir.

 

Tvit.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət zəmanətli borcun əsas hissəsini xarici kreditlər təşkil edir.

 

Dövlət zəmanətinin 9 milyard 24.1 milyon manat (5 milyard 308.3 milyon dollar), yəni 84.4 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 662.4 milyon manat və ya portfelin 15.6 faizini isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici borcun böyük hissəsi, yəni 79.1 faizi "Cənub Qaz Dəhlizi" layihəsində sərmayə qoyan kreditlərdən ibarətdir.

 

Valyuta strukturu üzrə borcun payı belədir: ABŞ dolları - 63.3%, Avro - 18.5%, manat - 12.4%, Yapon yeni - 3.9%, digər valyutalar isə 1.9 faiz təşkil edir. Yanvar ayı ilə müqayisədə dolların payında azacıq azalma, avronun payında isə artım müşahidə olunur.

 

Faiz növlərinə görə bölgüyə nəzər saldıqda, dövlət zəmanətli borcun 58.8 faizi sabit faizli, 41.2 faizi isə dəyişən faizli öhdəliklərdən ibarətdir.