Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ"a xoş xəbər: Ulduz futbolçu oynaya bilməyəcək
sport

“Qarabağ"a xoş xəbər: Ulduz futbolçu oynaya bilməyəcək

27-10-2025 22:00 21 Views
IMG

“Napoli”nin ulduz futbolçusu Kevin De Bruyne zədələnib.

 

Tvit.az Qol.az-a istinadən xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. De Buyne artıq reabilitasiya proqramına başlayıb.

 

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

 

A seriyasının son turunda "İnter"lə görüşün 33-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan De Bruyne elə həmin an zədələnib.

 

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

"Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək. Bu isə o deməkdir ki, De Bruyne Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək.