Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hökumət güzəşt limitini 2 dəfə artırır - 400 min olacaq
sosial

Hökumət güzəşt limitini 2 dəfə artırır - 400 min olacaq

27-10-2025 21:00 20 Views
IMG

2006-ci ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq aldı.

 

Tvit.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.

 

O qeyd edib ki, çox böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə 2 dəfə artırılaraq, 400 min manat olacaq.

 

N.Cəfərli təklif edib ki, 400 min də azdır və bu rəqəm mütləq 1 milyona qaldırılmalıdır:

 

“Ölkə iqtisadiyyatında dərin böhran izləri var, ÜDM artmır, iqtisadi aktivlik zəifdir, buna görə də əsas diqqəti kiçik sahibkarlığa yönəltmək lazımdır. Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 mln. manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq”.