Macarıstan Avropa İttifaqının (Aİ) yeni Rusiya əleyhinə sanksiyalar paketini bloklamayacaq, çünki o, öz maraqlarına zidd olan tədbirlərin aradan qaldırılmasına nail ola bilib.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Szijjarto məlumat verib.
Diplomatın sözlərinə görə, Budapeşt Macarıstanın milli maraqlarına zidd olan tədbirləri aradan qaldırmağı bacarıb.
Nazirin vurğulayıb ki, Avropa İttifaqının tətbiq etdiyi sanksiya siyasəti uğursuzluğa düçar olub.