Rusiyada “Yandex Pay” xidmətində nasazlıq yaranıb.
Tvit.az xəbər verir ki, bu barədə istifadəçilər "Downdetector" platformasında yerləşdirdikləri şikayətlərdə bildirib.
Məlumata əsasən, son bir saat ərzində 1 211 istifadəçi xidmətin işində nasazlıqlarla bağlı şikayət edib, gün ərzində isə ümumilikdə “Yandex Pay”in fəaliyyətindəki nasazlıqlarla bağlı 1 234 şikayət daxil olub. İstifadəçilərin bildirdiyinə görə, problemlər əsasən şəxsi kabinetə daxil ola bilməməkdən ibarətdir. Hesaba daxil olmağa cəhd edildikdə səhv pəncərəsi açılıb və sistem təkrar-təkrar ya yenidən cəhd etməyi, ya da bir qədər sonra daxil olmağı təklif edib.
Aysel Şirinova