Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Yandex Pay" işində problem yaranıb
dünya

"Yandex Pay" işində problem yaranıb

26-09-2025 20:00 42 Baxış
IMG

Rusiyada “Yandex Pay” xidmətində nasazlıq yaranıb.

Tvit.az xəbər verir ki, bu barədə istifadəçilər "Downdetector" platformasında yerləşdirdikləri şikayətlərdə bildirib.

Məlumata əsasən, son bir saat ərzində 1 211 istifadəçi xidmətin işində nasazlıqlarla bağlı şikayət edib, gün ərzində isə ümumilikdə “Yandex Pay”in fəaliyyətindəki nasazlıqlarla bağlı 1 234 şikayət daxil olub. İstifadəçilərin bildirdiyinə görə, problemlər əsasən şəxsi kabinetə daxil ola bilməməkdən ibarətdir. Hesaba daxil olmağa cəhd edildikdə səhv pəncərəsi açılıb və sistem təkrar-təkrar ya yenidən cəhd etməyi, ya da bir qədər sonra daxil olmağı təklif edib.

Aysel Şirinova