17 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

Rusiya bu ölkə ilə AES tikintisini müzakirə edir

Rusiyanın “Rosatom” dövlət korporasiyası Özbəkistan hakimiyyəti ilə kiçik atom elektrik stansiyalarının (AES) tikintisini müzakirə edir.

Tvit.az xəbər verir ki, bu barədə holdinqin baş direktoru Aleksey Lixaçev Rusiya Federasiyası Dövlət Dumasında çıxışı zamanı bildirib.

Lixaçovun sözlərinə görə, hazırda kiçik atom elektrik stansiyalarına tələbat yüksək səviyyədədir. Rosatom analitikləri hesab edirlər ki, yaxın 10-15 il ərzində dünyada 30-40 QVt-a qədər aşağı gücə malik atom elektrik stansiyaları yaradılacaq.

Qeyd edilir ki, kiçik atom elektrik stansiyaları Mərkəzi Asiya respublikalarına nəzərəçarpacaq fayda gətirə bilər, çünki onlar çox su istehlak etmir və əhəmiyyətli investisiyalar tələb etmir.

Özbəkistanla yanaşı, Qırğızıstanla da AES-in tikintisi ilə bağlı danışıqların davam etdiyi bildirilib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR