13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Gəncədə məktəblini bıçaqlayan şəxs tutuldu – YENİLƏNİB

Gəncədə şagirdi bıçaqlayan şəxs tutulub.

Bu barədə “Tvit.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R.İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki  hadisə  məktəbdən kənar saat 3 radələrindən baş verib.

***

Gəncədə məktəbli bıçaqlanıb.

Tvit.az xəbər verir ki, hadisə şəhərdə  yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin şagirdi 2008-ci il təvəllüdlü Raul İbrahimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR