12 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük həbs olundu

Gürcüstanda azərbaycanlı iş adamı Roman İsayevin qatilinə ömürlük həbs cəzası verilib.

“Tvit.az” xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi “Lilo Mall” ticarət mərkəzində qəsdən adam öldürməkdə təqsirli bilib.

Məhkum odlu silahı və qətlə görə pulu tanışı vasitəsilə alıb.

3 avqust 2023-cü ildə o, “Lilo Mall”a gələrək qurbanın başına iki dəfə atəş açıb və hadisə yerindən qaçıb. Avqustun 17-də iş adamı aldığı yaralardan dünyasını dəyişib. Bu iş üzrə daha iki nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan biri sifarişlə adam öldürməkdə, digəri isə cinayətə şərik olmaqda ittiham olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR