13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

İran ələ keçirdiyi gəminin ekipajını azad etdi

İran aprelin 13-də saxlanılan MCS Aries gəmisinin ekipajını azad edib.

Tvit.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abdullahian estoniyalı həmkarı Tsahkna ilə telefon danışığında bildirib.

Qeyd edək ki, aprelin 13-də Associated Press agentliyi Hörmüz boğazı yaxınlığında SEPAH-nin israilli milyarderin gəmisini ələ keçirdiyi barədə məlumat yayıb. Daha sonra İran Xarici İşlər Nazirliyinin nümayəndəsi gəminin ələ keçirildiyini təsdiqləyib. O, buna səbəb kimi “qaydaların pozulmasını” göstərib və əlavə edib ki, İslam Respublikası “milli maraqlarını qorumaq çərçivəsində” hərəkət edib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR