23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024

Bizə yaz

Almaniyalı nazir çağırış ETDİ

Almaniyanın daxili işlər naziri Ukraynadakı müharibə ilə əlaqədar mülki müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Federal daxili işlər naziri Nensi Feser hesab edir ki, Almaniya “Avropadakı yeni vəziyyət və təhlükələrə görə” mülki müdafiə sistemini modernləşdirməlidir.

“Biz yaxşı xəbərdarlıq sistemlərinə, müasir helikopterlərə və digər avadanlıqlara əhəmiyyətli əlavə investisiyalar qoymalı olacağıq. Eyni şey böhran vəziyyətində kritik infrastrukturun və təchizatın effektiv şəkildə qorunmasına da aiddir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi Avropada təhlükəsizlik vəziyyətini tamamilə dəyişib, həmçinin kiberhücumlar, casusluq və dezinformasiya kimi hibrid təhdidlərin riskini artırıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR