16 C
Baku
Çərşənbə axşamı, May 14, 2024

Bizə yaz

Gürcüstanda gərginlik ARTDI

Gürcüstan parlamenti qarşısında nümayişçilərlə polis arasında toqquşma olub.

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan mediası yazır.

Məlumata əsasən, etirazçılar binanın qarşısında quraşdırılmış hasarın bir hissəsini hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəhdinə baxmayaraq dağıdıblar.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq insanları qanunla icazə verilən sərbəst toplaşmaq azadlığından kənara çıxmamağa və parlament qarşısında yaradılmış səhnəni pozmamağa çağırıb.

“Hər hansı bir qanun pozuntusu polis tərəfindən dərhal qarşısı alınacaq”, – bəyanatda deyilir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR