14 C
Baku
Çərşənbə axşamı, Aprel 16, 2024

Bizə yaz

“Bəzi ölkələr İrana qarşı sanksiyaların genişləndirilməsini təklif ediblər” – Borell

“Avropa Birliyinin Xarici Fəaliyyət Xidməti Rusiyaya hərbi yardım göstərilməsi iddiası ilə İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı işə başlayır”

Tvit.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell Yaxın Şərqdəki vəziyyətlə bağlı icmanın 27 ölkəsinin xarici işlər nazirlərinin video-konfransından sonra keçirilən mətbuat konfransında bildirib.

“Bəzi ölkələr İrana qarşı sanksiyaların genişləndirilməsini təklif ediblər. Mən diplomatik xidmətdən xahiş edəcəyəm ki, sanksiyaların genişləndirilməsi üzərində işləməyə başlasın”,- deyə Borell bildirib.

“Biz yalnız dronlar üçün deyil, raketlər üçün sanksiya tətbiq etmək imkanını daxil etmək istəyirik”, – Avropa Birliyi diplomatiyasının rəhbəri bildirib.

Qeyd edək ki, iddiaya görə, bu, “İranın Rusiyaya dronla təminatı” ilə bağlıdır.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR