24 C
Baku
Bazar, Aprel 28, 2024

Bizə yaz

Qarabağ”ın Çempionlar Liqasındakı 3-cü mümkün rəqibi müəyyənləşdi

Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Tvit.az xəbər verir ki, “Panevejis” Azərbaycan çempionunun 3-cü mümkün rəqibi olub.

Litva çempionu səpələnməmişlər səbətinə düşüb. Buna “Slovan”ın Slovakiyadakı çempionluğu səbəb olub. Litvalılar “Ordabası” və “Vikinqur” kimi zəiflər sırasında yer alacaq. Səpələnmiş olan “Qarabağ” da bu rəqiblərdən biri ilə üz-üzə gələcək.

Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

HİK (Finlandiya)

“Flora” (Estoniya)

“Klaksvik” (Farer adaları)

“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər

“Panevejis” (Litva)

“Ordabası” (Qazaxıstan)

“Vikinqur” (İslandiya)

Qeyri-müəyyənlər

TNS (Uels)

RFS (Latviya)

“Dinamo” (Batumi, Gürcüstan)

“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR