14 C
Baku
Çərşənbə, Aprel 17, 2024

Bizə yaz

Dünyanın ən yaxşı baş məşqçiləri: Qurbanov neçəncidir?

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

Tvit.az İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR