13 C
Baku
Bazar, Aprel 14, 2024

Bizə yaz

Boksçularımız Avropa çempionatını iki qızıl medalla başa vurdu – YENİLƏNİB

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

“Tvit.az” Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.

XXX

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.

Tvit.az” Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ukraynalı Oleksandr Zveryevlə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında 54 kq çəki dərəcəsində Ömər Aslanlı Ukraynanı təmsil edən digər boksçu Maksim Çekinlə üz-üzə gələcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR