Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzalayacaq
idman

"Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzalayacaq

04-08-2025 20:00 28 Baxış
IMG

İngiltərənin "Mançester Siti" klubu müdafiəçisi Ruben Diaşla yaxın vaxtlarda yeni müqavilə imzalayacaq.

 

Tvit.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin uzadılması barədə razılığa gəliblər.

 

28 yaşlı portuqaliyalı futbolçunun "şəhərlilər"lə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

 

Qeyd edək ki, Diaş 2020-ci ildən "Mançester Siti"də çıxış edir. O, komandanın heyətində 222 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.