Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Kredit təşkilatları ilə bağlı AÇIQLAMA - Xeyli bank.....
sosial

Kredit təşkilatları ilə bağlı AÇIQLAMA - Xeyli bank.....

30-10-2024 18:00 48 Baxış
IMG

Ümumi bazarı götürürdükdə inkişaf etməyə hələ də imkan var. 

Bu sözləri Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Cəlal Əliyev bank olmayan kredit təşkilatları haqda Tvit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədəki 57 bank olmayan kredit təşkilatlarının hamısı eyni istiqamətdə fəaliyyət göstərmir: “Ölkədəki 57 bank olmayan kredit təşkilatının hər biri eyni həcmdə deyil. Bunların hədəf müştəri kontingenti seqmenti eyni deyil. Ona görə də, ümumən bank olmayan kredit təşkilatları məhdud olan resurslarına, maliyyə çıxış imkanlarını nəzərə alsaq gücləri çatan qədər fəaliyyət göstərirlər. Amma təbii ki, daha da inkişaf etmələrini istəyirlər. Yaxşı olardı ki, bank olmayan kredit təşkilatları innovativ üsullardan istifadə etsinlər, rəqəmsal texnologiyalardan, tətbiqlərdən istifadə etsinlər. Bunların hər biri onların daha da keyfiyyətli xidmət göstərmələrinə və daha güclü təşkilat olmalarına təkan verəcək. 

Lisenziyalaşdırmaya gəlincə isə, meyarlardan və yoxlanış prosesindən razıyam. Son zamanlar xeyli bank olmayan kredit təşkilatı lisenziya alıb, artıq onların sayı 57-dir. 22 bank var, amma 57 bank olmayan kredit təşkilatı var”.