Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bərdədə əməliyyat - Polis 5 kq narkotik vasitə aşkarladı (VİDEO)
hadisə

Bərdədə əməliyyat - Polis 5 kq narkotik vasitə aşkarladı (VİDEO)

05-07-2025 14:00 27 Baxış
IMG

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

"Tvit.az" xəbər verir ki, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.