İranın zənginləşdirilmiş uranının Rusiyaya ötürülməsi məsələsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri zamanı müzakirə olunmayıb.
Tvir.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, Lavrovun səfəri əvvəlcədən planlaşdırılıb və keçirilən görüşlərdə nüvə sahəsi ilə bağlı məsələlərə toxunulub.
Bəqayi bildirib ki, İran ABŞ ilə nüvə məsələləri üzrə konkret təfərrüatları müzakirə etmək məqsədilə heç bir danışıqlar aparmayıb.
Elmin Alışov