Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb - VİDEO
hadisə

Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb - VİDEO

29-06-2025 21:00 29 Baxış
IMG

Yekaterinburqdan sonra Voronejdə azərbaycanlılara qarşı təqiblər başlayıb.

"Tvit.az" xəbər verir ki, şahidlərin sözlərinə görə, bu yaxınlarda Alekseyevski bazarında məişət münaqişəsi süni şəkildə şişirdilib: rusiyalı sürücü yük boşaltma qaydalarına əməl etməkdən imtina edib, hədə-qorxu gəlməyə başlayıb və “rus icması” adlanan qrupdan radikalları çağırıb. Bundan sonra təqiblər başlayıb - azərbaycanlıları "bıçaqla hədələmək" və digər ölümcül günahlarda ittiham etdilər.

İndi bu bəhanə ilə sahibkarlara qarşı reydlər, həbslər, təzyiqlər aparılır. Azərbaycanlıları açıq şəkildə qorxudurlar, yük maşınlarını yandırmaqla, malları məhv etməklə hədələyirlər.

Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. "Miqrasiya qanunvericiliyini pozma" ittihamı ilə 42 əcnəbi inzibati məsuliyyətə cəlb edilib, 17 nəfərə hərbi qeydiyyata alınması üçün çağırış vərəqələri verilib.