İran lideri Əli Xamneyi bildirib ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi ABŞ üçün düzəlməz ziyana səbəb olacaq.
Tvit.az xəbər verir ki, bu barədə Xamenei dövlət televiziyasında yayımlanan videomüraciətində deyib.
“İranı, İran millətini və onun tarixini bilən ağıllı insanlar heç vaxt bu xalqa hədə-qorxu ilə danışmazlar, çünki İran xalqı təslim olmayacaq. Amerikalılar bilməlidirlər ki, hər hansı bir hərbi müdaxilə onlar düzəlməz ziyana səbəb olacaq”,- deyə İran lideri bildirib.
Elmin Alışov