Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial AZAL bir neçə istiqamətdə reysləri ləğv edib
sosial

AZAL bir neçə istiqamətdə reysləri ləğv edib

14-06-2025 15:00 30 Baxış
IMG

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan reysləri ləğv edilib:

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

14 iyun 2025-ci il:

* Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

* Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

* Bakı – İslamabad – Bakı (J2 143/144)

* Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

* Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

* Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.