Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Medvedev nüvə müharibəsindən danışdı
dünya

Medvedev nüvə müharibəsindən danışdı

13-06-2025 13:00 45 Baxış
IMG

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Yaxın Şərqdə baş verən hadisələr fonunda nüvə münaqişəsini real adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Siyasətçi bildirib ki, onu tez-tez “nüvə isteriyasını” qızışdırmaqda ittiham edirlər, lakin nüvə silahından istifadə təhlükəsi mövcuddur.

“Bu realdır. Heç kimə belə bir şey lazım deyil!” — deyə o, vurğulayıb.

Aysel Şirinova