Türkiyənin "Eyüpspor" klubu "Fənərbağça"nın sabiq futbolçusu Selçuk Şahinlə razılaşıb.
Tvit.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Eyüpspor"u bundan əvvəl Arda Turan çalışdırıb. Selçuk Şahin isə Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montellanın köməkçisi vəzifəsini yerinə yetirirdi.