Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirdən plastik cərrahların fəaliyyəti ilə bağlı açıqlama
sosial

Nazirdən plastik cərrahların fəaliyyəti ilə bağlı açıqlama

26-02-2025 11:00 25 Baxış
IMG

Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib.

 

Tvit.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyanın yaradıldığını bildirib.

 

“İndiyə qədər komissiyanın beş iclası keçirilib. Ümumilikdə, 96 plastik cərrahiyyə mütəxəssisi sənədlərini təqdim edib. Bu iclaslarda 40 plastik cərrahın sənədləri araşdırılıb, onlar dəvət olunub və tam şəffaf şəkildə müvafiq yoxlamalar aparılıb. Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq”.