Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya CNN: Əgər Tramp qərar verərsə, ABŞ İrana kütləvi hücumlar başlada bilər
dünya

CNN: Əgər Tramp qərar verərsə, ABŞ İrana kütləvi hücumlar başlada bilər

26-10-2026 14:00 18 Baxış
IMG

Əgər Tramp qərar verərsə, ABŞ qüvvələri 96 saat ərzində İrana kütləvi hücumlar başlada bilər.


Tvit.az xəbər verir ki, bu barədə “CNN” adı açıqlanmayan iki amerikalı məmura istinadən xəbər verir.


Bölgədə mümkün hücumlar üçün kifayət qədər qüvvənin olduğunu iddia edən hesabatda ABŞ-ın yeni hücumlarının miqyasının status-kvonu qorumaq səylərindən kənara çıxa biləcəyi iddiası da yer alırdı.


Hesabatda bildirilir ki, bəzi hazırkı və keçmiş ABŞ rəsmiləri Trampın hücum əmrinin ilin sonuna qədər, çox güman ki, ara seçkilərdən sonra verilə biləcəyini proqnozlaşdırıblar.


Elmin Alışov