Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İlham Əliyev Estoniya prezidentini təbrik etdi
sosial

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

24-02-2025 11:00 23 Baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Tvit.az təbrikin mətnini təqdim edir:

 

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".