Saatlı şəhərinin mərkəzində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tvit.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhər mərkəzinin qaz təchizatı dayandırılacaq.