Siciliya adası sahillərində 4,9 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Episentr 648 min insanın yaşadığı Palermo şəhərindən 91 km şimal-şərqdə yerləşib. Zəlzələ 11 km dərinlikdə baş verib.
Həlak olanlar və dağıntılar barədə məlumat yoxdur.
Aysel Şirinova