Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda mənzillər bu qədər bahalaşdı
sosial

Bakıda mənzillər bu qədər bahalaşdı

17-01-2025 22:00 21 Baxış
IMG

2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9% artıb.

 

Tvit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3%, təkrar mənzil bazarında isə 9,8% olub.

 

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3% yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8%, təkrar mənzil bazarında isə 3,3% təşkil edib.

 

Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.