Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Norveçdəki aktivləri uğrunda mübarizəyə başlayır
dünya

Rusiya Norveçdəki aktivləri uğrunda mübarizəyə başlayır

03-11-2026 21:00 9 Baxış
IMG

Rusiya Norveçdəki əmlakına tətbiq edilən həbslərin aradan qaldırılması üçün addımlar atacaq.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Moskva Oslodan beynəlxalq hüquq normalarına, o cümlədən Şpitsbergen müqaviləsinin müddəalarına qeyd-şərtsiz əməl etməyi tələb edir", - deyə qeyd edilib. 

Xatırladaq ki, Rusiya ilə Norveç arasında Şpitsbergen arxipelaqındakı Rusiya aktivləri ilə bağlı mübahisələr mövcuddur. Norveçdə Rusiya aktivlərinə qarşı tətbiq edilən məhdudiyyətlər və əmlakın həbsə alınması Moskvanın etirazına səbəb olub. Rusiya tərəfi bu addımların 1920-ci il Şpitsbergen müqaviləsinin müddəalarına zidd olduğunu bildirir.