Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriya və Pakistan hərbi əməkdaşlığı genişləndirməyi müzakirə edib
dünya

Suriya və Pakistan hərbi əməkdaşlığı genişləndirməyi müzakirə edib

03-11-2026 23:00 10 Baxış
IMG

Suriya və Pakistan arasında hərbi əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunub.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, Suriyanın müdafiə naziri Əbu Qasra Dəməşq və Bağdaddakı Pakistan səfirliklərinin hərbi attaşesi Əhmədlə görüşüb. Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri və əlaqələrin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib.

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ölkəsinin Məkkə Sazişinə qoşulmaq imkanını nəzərdən keçirdiyini bildirib.