Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
sosial

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03-11-2026 19:00 21 Baxış
IMG

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, müvəkkil Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.

Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.