Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniya süni intellektlə həyata keçiriləcək kiberhücumlarla bağlı xəbərdarlıq etdi
dünya

Britaniya süni intellektlə həyata keçiriləcək kiberhücumlarla bağlı xəbərdarlıq etdi

03-11-2026 20:00 12 Baxış
IMG

Böyük Britaniya yaxın iki il ərzində süni intellektdən (Sİ) istifadə edilməklə ölkənin kritik infrastrukturuna qarşı kiberhücumların artacağına hazır olmalıdır.

 

Tvit.az  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) icraçı direktoru Riçard Horn xəbərdarlıq edib.

Onun sözlərinə görə, qarşıdakı aylarda kiberinsidentlərin sayında misli görünməmiş artım baş verə bilər. Bu təhlükənin əsas səbəbi süni intellektin yeni hücum üsulları yaratması deyil, uzun müddət diqqətdən kənarda qalan mövcud təhlükəsizlik boşluqlarının artıq daha geniş miqyasda aşkarlanaraq istismar edilə bilməsidir.

Riçard Horn Çinin bu sahədə xüsusi təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, Pekin süni intellektdən istifadə etməklə Britaniyanın kritik milli infrastrukturuna və digər strateji hədəflərinə qarşı əməliyyatlar həyata keçirmək üçün böyük ehtimalla həm niyyətə, həm də imkanlara malikdir.

NCSC rəhbəri Çinin fəaliyyətini Britaniyanın üzləşdiyi ən mürəkkəb və uzunmüddətli kibertəhlükələrdən biri kimi qiymətləndirib.