Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Braziliya Prezidenti Azərbaycana gələcək
siyasət

Braziliya Prezidenti Azərbaycana gələcək

11-10-2024 16:00 176 Baxış
IMG

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə "Report"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.

O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.

“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.

Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC's) üzrə daha səmərəli müzakirələr apara biləcəyik. Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib.