Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan AQA Şirkətlər Qrupunun icraçı direktoru Qafar Dəmirçi azadlığa buraxılıb.
Tvit.az APA-ya istinadən xəbər verir ki, dəymiş ziyan tam ödənildiyi üçün Baş Prokurorluq təqdimat verib.
Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.