Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb
iqtisadiyyat

Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb

27-11-2026 17:00 53 Baxış
IMG

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan Suriyaya 388 milyon 347 min 870 ABŞ dolları dəyərində mal ixrac edib.


Tvit.az bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına istinadən xəbər verir.

 

Hesabat dövründə Suriyadan Azərbaycana 567 min 130 dollarlıq mal idxal olunub.

 

Bununla da iki ölkə arasında ticarət dövriyyəsi 388 milyon 915 min dollar təşkil edib. Dövriyyənin 99.85 faizi Azərbaycanın Suriyaya ixracının payına düşüb.