Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna və Qətər XİN rəhbəri COP31 çərçivəsində görüşüb
dünya

Ukrayna və Qətər XİN rəhbəri COP31 çərçivəsində görüşüb

11-11-2026 22:00 39 Baxış
IMG

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammiti çərçivəsində görüşüblər.


Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, görüş zamanı Sibiqa Rusiyadan Ukraynaya aparılmış uşaqların ailələrinə qaytarılması istiqamətində vasitəçilik səylərinə görə Dohaya təşəkkür edib.

 

Tərəflər cəbhədəki vəziyyəti, atəşkəs perspektivlərini və Qətərin sülh səylərindəki rolunu müzakirə ediblər. Həmçinin enerji, ərzaq təhlükəsizliyi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

Qeyd edək ki, Sibiqa bundan əvvəl türkiyəli həmkarı Hakan Fidanla da görüşüb. Ukrayna XİN rəhbəri Qara dənizdə təhlükəsizliyin təmin olunmasında və Ukraynada sülhün əldə edilməsində Ankaranın rolunu vurğulayıb.