NATO Rusiyaya qarşı mübarizəyə diqqət yetirmək üçün xaricdəki əməliyyatlar üçün kontingentini azaltmaq istəyir.
Tvit.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Nəşr iddia edir ki, NATO müttəfiqləri ən azı iyirmi ilin ən böyük hərbi planlaşdırma islahatını nəzərdən keçirir və İraq və Əfqanıstan kimi ölkələrdə əməliyyatlar üçün əlavə qüvvələrin saxlanmasındansa, Rusiya ilə qarşıdurmaya üstünlük verirlər.
Layihəyə əsasən, NATO ölkələri hərbi münaqişə vəziyyətində qüvvələri xarici missiyalar və kontingentlər arasında bölüşdürmək əvəzinə, yalnız bu və ya digər ssenarinin tələblərini ödəmək üçün qüvvələr planlaşdıracaqlar.
Elmin Alışov