Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İrəvanda Aİ nümayəndəliyinin ofisi qarşısında etiraz aksiyası keçirilir
dünya

İrəvanda Aİ nümayəndəliyinin ofisi qarşısında etiraz aksiyası keçirilir

11-11-2026 12:00 28 Baxış
IMG

İrəvanda Avropa İttifaqının (Aİ) nümayəndəliyinin ofisi qarşısında Ermənistan müxalifətçisinin həbsxanada qəfil vəfat etməsindən sonra etiraz aksiyası keçirilir.

 

 Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Aksiya iştirakçıları Avropa İttifaqını Ermənistanda baş verən proseslərə, xüsusilə ölkədə demokratiyanın vəziyyətinə diqqət yetirməyə çağırıblar.

Müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının deputatı Areqa Ovsepyan Avropa İttifaqı nümayəndələrinin baş verənlərə səssiz qalmasını ədalətsizlik kimi qiymətləndirib.