Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Oman sahillərində gəmi yandı
dünya

Oman sahillərində gəmi yandı

29-10-2026 12:00 12 Baxış
IMG

Bu gün səhər saatlarında Oman sahillərindən 9 dəniz mili aralıda bir gəmidə yanğın baş verib. 


Tvit.az xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.


Təşkilatın bildirdiyinə görə, hadisə barədə məlumat başqa bir gəminin kapitanından daxil olub.


Hazırda gəmi heyətinin vəziyyəti məlum deyil. Həmçinin hadisə nəticəsində dəymiş ziyanın miqyası və ətraf mühitə mümkün təsir barədə hələlik qiymətləndirmə aparılmayıb. 


Elmin Alışov